APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb. Azad Suriya Ordusu (ASO) döyüşçüləri hərbçilərin dəstəyi ilə irəliləməkdə davam edir.
Hücum nəticəsində bölgədə PYD/YPG terrorçularına məxsus təlim düşərgəsi nəzarətə götürülüb.
TSQ və ASO döyüşçülərinin indiki mövqeyi Afrinlə güllə məsafəsindədir. Şəhər ətrafında daha bir kənd – Halidiyə terrorçulardan azad olunub.
Bu arada dinc sakinlər Afrini tərk etməyə başlayıb. Şəhərdən ucu-bucağı görünməyən maşın karvanları çıxır.
Xatırladaq ki, TSQ üç tərəfdən mühasirədə saxladığı Afrinin cənub istiqamətindən dinc sakinlərin çıxması üçün şərait yaradıb.
İnterpress.azhttps://youtube.com/watch?v=341B8Oy3q0Y