Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə üz-üzə gəlib.
Görüş heç-heçə ilə yekunlaşıb – 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl üçüncü görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2,5 xal var.
İddiaçılar turniri, Berlin, Almaniya, IV tur
Aleksandr Qrişuk (Rusiya) – Din Lijen (Çin) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Uesli So (ABŞ) – 0,5:0,5
Vladimir Kramnik (Rusiya) – Fabiano Karuana (ABŞ) – 0:1
Sergey Karyakin (Rusiya) – Levon Aronyan (Ermənistan) – 0:1
Turnir cədvəli: Karuana – 3, Kramnik, Məmmədyarov – 2,5, Lijen, Aronyan, Qrişuk – 2, So, Karyakin – 1.
Yarışın V turu martın 15-də keçiriləcək.
İnterpress.az
İddiaçılar turniri, Berlin, Almaniya, 5-ci tur
Partiyaların başlama vaxtı Bakı vaxtı ilə 18.00-dadır.
Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya)
Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya)
Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya)
Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (Azərbaycan)