İnterpress.az-ın əldə etdiyi məlumata görə, Biləsuvar Gömrük Keçid Məntəqəsində sıxlıq yaranıb.
Böyük insan izdihamı keçid məntəqəsində sıxlıqla müşahidə olunub. Novruz bayramı ilə əlaqədar olaraq, İran bazarlarına axışan azərbaycanlılar hazırda ölkə ərazisinə keçməkdə çətinlik çəkirlər.
Minlərlə Azərbaycan vətəndaşının günorta saatlarından neytral ərazidə qaldığı bildirilir.
İnterpress.az