İnterpress.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsindən deputat seçilmiş Mahir Abbaszadə seçiciləri ilə görüşmür.
Deputatın təmsil etdiyi dairədə yaşayan seçiciləri ilə millət vəkili seçildiyi gündən görüşmədiyi bildirilir.
Seçiciləri M.Abbaszadənin vətəndaşlarla görüş keçirməmək niyyətinə heç cür haqq qazandıra bilmədiklərini bildirirlər. Eyni zamanda, mediadan gizlənən deputatı çoxları tanımadığını vurğulayıb.
Ağcəbədi, Qaradağ və Biləcəridə yaşayan laçınlı məcburi köçkünlər deputatlarının harda olmasından, ümumiyyətlə, məlumatlı olmadığını bildirirlər. Seçicilər M.Abbaszadənin başının şəxsi biznesinə qarışdığını vurğulayır. Buna görə də, vaxt edib seçicilərinin problemlərini dinləməkdə çətinlik çəkdiyini qeyd ediblər.
Kredit, mənzil, sənədləşmə, sosial məsələlər və s. problemləri olan seçicilər problemlərini öz deputatlarına çatdırmaqda çətinlik çəkirlər. Onlar deputatın seçicilərinə açıq olmadığını, ümumiyyətlə, gizləndiyini bildirir.
Qeyd edək ki, seçiciləri görüşməyən M.Abbaszadə, eyni zamanda, aktiv fəaliyyət göstərməyən deputat kimi tanınır. Amma nəzərə almaq lazımdır ki, Milli Məclisdəki kürsüsündə əyləşən istənilən deputat millətinin, yəni, seçicilərinin vəkilidir. O, seçicilərinin arzu-istəklərini və problemlərini həll etməyə çalışmalıdır. Ümumiyyətlə, Milli Məclisdə deputat olub, amma fəaliyyəti olmayan millət vəkilləri az deyil. Onların fəaliyyəti, demək olar ki, parlamentdə “lehinə” və “əleyhinə” düymələrini sıxmaqdan ibarətdir.
İnterpress.az