İnterpress.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl hotellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.
Assosiasiya sədri bunun səbəbini bu il İrandan gələcək turistlərin sayında azalmanın olacağı ilə izah edib: “Bu il İrandan böyük turist axını gözlənilirdi. Lakin görəndə ki, bu axın azalıb, hotellər qiymətlərini endirdilər”.
İnterpress.az