İnterpress.az xəbər verir ki, Kopenhagen Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Torben Madsen bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. Onun sözlərinə görə, şəhər polisi 02:55-də hadisədən xəbər tutub.
Madsen gecə saatlarında 4 nəfər naməlum şəxsin diplomatik nümayəndəliyə molotov kokteyli atdığını bildirib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, səfirliyin inzibati binasına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az