Daha bir jurnalistə vəzifə verildibackend

Daha bir jurnalistə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paxtaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

İnterpress.az xəbər verir ki, bu vəzifəyə jurnalist Qabil Babayev təyin edilib.

O, yeni işində Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilmiş Mansur Piriyevi əvəzləyib.

Qeyd edək ki, Q.Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə \”Yevlax Tv” MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb. Peşəkar jurnalist Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

İnterpress.az