İran və Rusiya arasında hərbi əməkdaşlıqbackend

İran və Rusiya arasında hərbi əməkdaşlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi hökumətlərarası akt Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, briqada generalı Hüseyn Dehqan arasında Tehranda imzalanıb.

“Hərbi sahədə qarşılıqlı fəaliyyətin nəzəri əsası qoyuldu. Biz Rusiya və İran limanlarına hərbi gəmilərin daxil olması praktikasını genişləndirmək barədə qərara gəlmişik”, – deyə Sergey Şoyqu sənədlə bağlı bildirib.

Danışıqlar zamanı tərəflər, həmçinin, iki ölkənin hərbi idarələrinin qarşılıqlı praktiki fəaliyyətin gücləndirilməsi, nümayəndə heyətlərinin səfərləri, bu sahədə danışıqların aparılması, müşahidəçi qismində təlimlərdə iştirak, hərbi kadrların hazırlanması, sülhməramlı sahədə təcrübə mübadiləsi və terrorla mübarizə sahələrində əməkdaşlıq barədə razılığa gəliblər.

İnterpress.az