Bakıda fəhlələr İcra hakimiyyəti qarşısında aksiya keçirdibackend

Bakıda fəhlələr İcra hakimiyyəti qarşısında aksiya keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşan bir qrup usta və fəhlə narazılıq edib.
Bu müddət isə aylarla davam edib. Nə az, nə çox düz 6 ay. Deyirlər ki, Binəqədi rayonu ərazisində bütün binaların fasadlarını dəyişib, yenisi ilə əvəz ediblər. Bu işin qarşılığında da hər bir kəs müxtəlif məbləğdə maaş alırdı. Ancaq may ayından bu günə kimi heç kəs maaşını ala bilmir.
Onlar müxtəlif vəzifələrdə çalışıblar. Kimisi mühəndis, kimisi iş icraçısı, kimisi də fəhlə. Onların sözlərinə görə, podratçı şirkətin rəhbəri Qaraş Əliyev bütün bu işlərin sifarişçisinin Binəqədi Rayon İcra Hakimiyyəti olduğunu deyib. Sifarişçi qurum da ustaların pulunu ödməyib.
Şikayətçi Cəfər Şərbətov deyir ki, 12 işçinin gördüyü işin müqabilində 5 min manata yaxın alacağı var.
“Xeyli müddətdir ki, maaş ala bilmirik. Hər dəfə zəng edəndə də – maaşlar bu həftəni ikinci günü veriləcək. İkinci gün olanda isə deyirlər ki, bu həftənin üçüncü günü veriləcək. Mən özüm xəstəyə baxıram. Əgər əziyyət çəkirəmsə, maaş da almalıyam”, – deyə şikayətçi Elçin Mahmudov bildirib.
Problemlə əlaqədər olaraq podratçı şirkətin sahibi Qaraş Əliyeva ilə əlaqə saxlamaq isə mümkün olmadı.
Binqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva isə bildirdi ki, onların qurumu sifarişçi olmayıb. Həmin şikayət edən usta və fəhlələrlə heç bir əlaqələri yoxdur. Podratçı şirkətin rəhbəri rayon icra hakimiyyətininin adından istifadə edir.
Bu zaman podratçı şirkətin sahibi fəhlələrdən birilə görüş təyin edib ki, onun şikayət etmək fikrindən daşındırsın.

İnterpress