Qafqaz Strateji Araşdırmalar Mərkəzinin ( Kafkassam) Sədri Doktor Həsən Oqtay Güneydəki hadisələrdən danışdıbackend

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin ( Kafkassam) Sədri Doktor Həsən Oqtay Güneydəki hadisələrdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türk mediyasına istinad edərək xəbər verir ki,Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Doktor Həsən Oqtay, İranda bir televiziya kanalında Türklərə qarşı təhqir dolu bir proqramın yayınlanmasından sonra Güneydə başlayan azəri türklərinin etiraz aksiyalarını dəyərləndirərək ,\” İran dövləti fərqində olmadan odla oynayır. 35 milyon Türkün yaşadığı bir ölkədə, İran rejimini ayaqda saxlayan Farsların azlıqda yaşadığı bir məkanda qarşılıqlı hörmət və tolerantlığın olması əsas şərtdir\” dedi. Həsən Oqtay, İranın son günlər odla oynadığını bildirərək, \”Bundan 7, 8 il əvvəl İranda yaşayan Türklər haqqında qara böcək bənzətməsi edilmişdi. İran mətbuatında indi isə bir TV proqramında \”Türklər tualet fırçası ilə ağızlarını təmizləyir\” cümləsi işlədilib. İran mətbuatında senzoranın gərgin olduğu bir dövrdə, belə ağır təhqirlərin çıxması gözdən qaçmayan bir məqamdır. \” deyə fikrini tamamladı.

Interpress