İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, Universitet Nəşrlərinə Nəzarət Komitəsi \”Elin\” dərgisinin nəşrinə qadağa qoymaqla bərabər dərginin direktoru Milad Balsininin universitetin İntizam Komitəsinə göndərilməsinə də qərar verib.
Nəzarət Komitəsinin Milad Balsini adına unvanladığı məktuba istinadən, dərginin məzmunu ilə bağlı komitə tərəfindən bəzi qeydlərin dərgi məsullarına bildirilməsinə baxmayaraq, dərgi öz istiqamətində fəaliyyət göstərməyə israrla davam etdiyi üçün nəşrin dayandırılmasına, direktorun isə intizam komitəsinə göndərilməsinə dair qərar çıxarılıb.
Yayılan məlumatda Marağa millət vəkili Mehdi Davatgərinin \”Elin\” dərgisindən şikayət etdiyi qeyd edilib. Mehdi Davatgəri İran Parlamentində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvüdür.
Dörd il öncə fəaliyyətə başlayan \”Elin\” – “Marağa Elmi Mərkəzinin Türkcə-Farsca Öyrənci Dərgisində dərc edilən yazılar ümumiyyətlə tarix, kimlik, ədəbiyyat, ana dili və azlıq hüquqları mövzularında olub.
İnterpress.az