Əsəd: “Suriyanın 5 İldir yaşadığını Fransa dünən axşam yaşadı”backend

Əsəd: “Suriyanın 5 İldir yaşadığını Fransa dünən axşam yaşadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ərəb mətbuatına istinadən xəbər verir ki, Suriya Dövlət Başçısı Bəşşar Əsəd, Fransanın terror gecəsiylə bağlı bəyanat verdi. Fransadan, aralarında keçmiş Nəqliyyat Naziri Tierri Marianinin də olduğu dörd nəfərlik nümayəndə heyətini qəbul edən Əsəd, onlara baş sağlığı verdi.

\”Europe 1\”dən Xavier Yvonun xəbərinə görə; 140 nəfərin həyatını itirdiyi hücumla bağlı \”Fransa, Suriyanın beş ildir yaşadığı terroru dünən axşam yaşadı\”. İfadəsini istifadə etdi.

Fransanın paytaxtı Paris eyni vaxtda həyata keçirilən silahlı və bombalı hücumlarla qana batdı. Ən az 140 adam həyatını itirdi. \”CNN İnternational\”, ölü sayısının 153 olduğunu xəbər verdi.

Dünyanı şoka salan bu qanlı terror aktı, 11 Sentyabrdan bu yana bir Qərb paytaxtını vuran ən qanlı hücum olaraq tarixə keçdi. Fransa, ABŞ və Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatları artırmağa hazırlaşdığı barədə informasiyalar dərc olunduğu, G-20 sammiti ərəfəsində baş verən son illərin ən böyük terror aktı bütün dünyada pislənilib.

İnterpress.az