Eldar Mahmudovun avtosalonu bağlandıbackend

Eldar Mahmudovun avtosalonu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin məlumatda avtosalonun Eldar Mahmudova məxsus olduğu təsdiqlənmişdi. Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb.

Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan “Caspian Crystal” dükanı da müştərilərə xidmət göstərib.

Əldə etdiyimiz məlumata görə, dünən axşam saat 23:00-dan etibarən salon boşaldılaraq, 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Şahidlərin əməkdaşımıza verdiyi xəbərə görə, salonun önünə çoxlu sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.

Interpress