Bərzani Mosulun İŞİD-dən azad olunacağı müjdəsini verdibackend

Bərzani Mosulun İŞİD-dən azad olunacağı müjdəsini verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinad edərək xəbər verir ki, İraqın Kürdüstan məntəqəsinin rəhbəri kürd peşmərgə qüvvələrinin Neynəva vilayətində Səncar şəhərinin İŞİD işğalından geri alınması əməliyyatında qələbə çalmasına toxunaraq bildirib: Bu qələbə Mosulun azad olunması yolunu açacaqdır.
Məsud Bərzani Səncar şəhərinin azad olunmasının xarici qüvvənin iştirakı olmadan yalnız kürd peşmərə qüvvələrinin səyi ilə gerçəkləşdiyini qeyd edərək deyib: İraqın Kürdüstan məntəqəsi mərkəzi hökumətlə koordinasiya etməklə Səncar şəhərini vilayətə çevirməlidir.

İraqın Kürdüstan məntəqəsinin rəhbəri həmçinin yezidiləri təbrik edərək əlavə edib: Səncarda qələbə İŞİD-in bu məntəqədə yezidilərə qarşı cinayətlərinin intiqamıdır.
Mosulun şimal-qərbində yerləşən Səncar şəhərinin azad olunması əməliyyatı ötən gecə İraqın Kürdüstan məntəqəsinin rəhbəri Məsud Bərzaninin nəzarəti ilə başlanıb və cümə günü Səncar şəhəri tamamilə kürdlərin nəzarətinə keçib.

İŞİD terror qruplaşmasının ünsürləri 2014-cü ilin avqust ayında Səncar şəhərini işğal etdilər. Bunun ardınca 400 mindən çox yezidi öz evlərini tərk etməyə məcbur oldu.

İnterpress