İnterpress.az Qərb mediyasına istinadən xəbər verir ki, Molenbikdə aparılan geniş miqyaslı əməliyyatda ən azı 3 evə basqın təşkil olunub. Bomba zərərləşdirən dəstələrinin də iştirak etdiyi əməliyyatda ən azı bir nəfər sorğu-sual olunmaq üçün saxlanılıb. Çox sayda adamın öldüyü Bataklan konsert zalı yaxınlığında Belçika nömrəli bir maşının olması və ən azı bir Belçikalının hücumlar ilə əlaqəsinin ola biləcəyi fikri irəli sürülmüşdü. Hadisə yerindən uzaqlaşdırılan nəqliyyat vasitəsinin terrorçu və ya terrorçular tərəfindən stifadə edilib edilmədiyi isə hələ dəqiqləşməyib. Belçika Daxili İşlər Naziri Yan Vetçina da, açıqlamasında iddialardan xəbərdar olduqlarını və hücumlarda Belçika ilə əlaqənin olub olmamasını müəyyən etmək üçün Fransız rəsmiləri ilə təmas halında olduqlarını söylədi.
Interpress