Eldar Mahmudovun standart sanksiya qiyməti – 350 min dollarbackend

Eldar Mahmudovun standart sanksiya qiyməti – 350 min dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.azxəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında ölkənin tanınmış vəkillərindən biri deyib.

Virtualaz.org saytı yerli vəkillər arasında qısa sorğu keçirib. İstintaq altında olan və MTN-in təcridxanasında saxlanılan şəxslərin hüquqlarını müxtəlif vaxtlarda müdafiə etmiş bütün vəkillər bir ağızdan bildiriblər ki, MTN-in İstintaq İdarəsi tərəfindən araşdırılan istənilən cinayət işini (siyasi motivli işləri çıxmaq şərtilə) Eldar Mahmudovun müəyyən etdiyi rüşvət müqabilində bağlamaq mümkün idi.

Sorğuya qatılan 30-dan çox vəkilin yekun rəyinə görə, təkcə həbs-qətimkan tədbiri sanksiyasının ləğvinin qiyməti orta hesabla 300-350 min dollar olub.

Belə sövdələşmələrdə vasitəçi rolunda adətən vəkillər özləri çıxış ediblər. Bundan əlavə, MTN İstintaq İdarəsinin nəzdində inanılmış vəkillərdən ibarət xüsusi vəkillər ştatı olub. Həbs edilən iş adamları ilə danışıqlarda vasitəçi qismində də məhz həmin vəkillər çıxış edirdi.

İnterpress