İnterpress.az xəbər verir ki, Fransadakı terror hücumlarını şərh edən İran Baş Qərargah Rəhbərinin Köməkçisi general Məsud Cəzairi, \”Fransızlar, öz dövlətlərinin İŞİD-i və təkfiri terroristləri dəstəkləməsinin əvəzini ödədi\” dedi.
İranlı general Parisdəki qanlı hadisəyə bağlı etdiyi yazılı şərhdə, \”Qərblilər, təkfiri terrorizmi dəstəkləməkdə davam edəcəkləri vaxta qədər Avropanın digər nöqtələrində də fövqəladə hal elanını gözləməlı olacaqlar\”açıqlamasını verdi.
ABŞ-da yaşanan 11 Sentyabr hücumları sonrası Əfqanıstana və İraqa edilən hücumları xatırladan Cəzairi, \”Parisdəki terror hücumu 11 sentyabr hücumunda olduğu kimi,
ABŞ və Avropalı müttəfiqlər tərəfindən sui-istifadə edilməməlidir.\” xəbərdarlığını etdi.
İranlı general, \”İndi ki İŞİD-in ortaya çıxışının qlobal dizaynerlər terrorizmin acı dadını daddı, təkfiri terroristləri dəstəkləməkdən imtina gerçək mənada terrorizmlə mübarizə səhnəsinə girməlidir\” deyə açıqlamasını tamamladı.
İnterpress