Eldar Mahmudovun avtosalonu bağlandıbackend

Eldar Mahmudovun avtosalonu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıbmış. Avtosalonun Eldar Mahmudova məxsus olduğu da hər kəsə məlum olub.

Burada qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon ilk olaraq “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə deyil, eyni zamanda, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan \”Caspian Crystal\” dükanı ilə də müştərilərə xidmət göstərib.

Noyabrın 13-ü saat 23:00-dan etibarən salon boşaldılıb. 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Daşınmanın şahidi olan şəxslərin sözlərinə görə, salonun önünə xeyli sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb. ( hafta.az )

Eldar Mahmudovun avtosalonu bağlandı

İnterpress.az