Fransız təyyarələri İŞİD-ə bomba yağdırırbackend

Fransız təyyarələri İŞİD-ə bomba yağdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türk mətbuatına istinadən xəbər verir ki, Fransa, Parisdəki hücumunun ardından hərəkətə keçdi. İddialara görə, koalisiya qüvvələrindəki Fransaya məxsus döyüş təyyarələri Suriyadakı İŞİD-in nöqtələrinə bomba yağdırır.
Fransa Müdafiə Nazirliyindən edilən açıqlamada, Suriyanın şimalındakı Rakka bölgəsinə həyata keçirilən hava əməliyyatında 10 hərbi təyyarənin iştirak etdiyi, İŞİD hədəflərinə 20 dəfə bomba atıldığı bildirilib.
Açıqlamada, vurulan hədəflər arasında komandanlıq mərkəzi, təlim düşərgələri və silah-sursat anbarlarının olduğu qeyd edilib.

Fransa sentyabr ayından bu yana İŞİD-in Suriyadakı hədəflərini bombalayır. Suriyada İŞİD-in təlim düşərgələrini vuran Fransa, keçən həftə terror təşkilatının nəzarət altında saxladığı neft anbarlarını vurmuşdu.
Fransa, daha əvvəl \”İŞİD-i bombalamaq Əsəd rejimini gücləndirəcək\” deyə bu səbəblə də Suriyadakı hava əməliyyatlarına qatılmırdı.

Ötən cümə günü Parisi qana bulayan və verilən son məlumata görə 132 nəfərin öldüyü terror hücumlarının məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü.

İnterpress