İnterpress.az Qərb mətbuatına istinadən xəbər verir ki, Müsəlman Jurnalistlər Assosiasiyası Parisdə keçirilən terror hücumunu qınadığı bəyannaməsində, Qərbin terrora qarşı ikili standart mövqeyini tənqid etdi.
Bəyanatda Müsəlman Jurnalistlər Dərnəyi, Qərbin Beyrutda təşkil olunan terror hücumuna səssiz qalarkən, Parisdə keçirilən terror hücumuna dərhal reaksiya göstərməsini terrora qarşı ikili standartın olması mövqeyi kimi qiymətləndirib, əxlaqi və bəşəri olmayan bu mövqeyin humanizm, azadlıq və insan haqları ruhuna zidd olduğunu vurğulayıb.
Beyret, Sina səhrası, Yəmən, Suriya və İraqda terror qurbanı olanlarla Fransa, İspaniya və ABŞ-dakı qurbanların arasında heç bir fərq olmadığını vurğulayan dərnək, terrorun yaxşısı pisi olmadığını qeyd edib.