Malik Həsənovun olduğu iddia edilən və bir qədər əvvəl istifadəyə verilən “Baku Mall” Ticarət Mərkəzi iflas həddinə çatıb.
Məlumata görə, “Baku Mall”da istifadəyə verilən obyektləri icarəyə götürən ticarət sahibləri və şirkətlər Mərkəzi yavaş-yavaş boşaldırlar.
“Baku Mall”un birinci mərtəbəsində yerləşən “Rahat” Market şəbəkəsi də noyabrın sonunadək Ticarət Mərkəzini boşaldacağını bəyan edib. Mənbə bildirir ki, “Rahat” Marketin qalması üçün bir ay əvvəl icarə qiymətləri aşağı salınsa da şəbəkə rəhbərliyi alverin olmamasını əsas gətirərək “Baku Mall”dan ayrılacaqlarında israrlıdırlar.
Qeyd edək ki, M.Həsənov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır. M.Həsənovun əyləşdiyi ofis də “Baku Mall”da yerləşir.(xezernews)
Interpress