Konstitutsiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün ərzində seçkinin nəticələrini təsdiq etməlidir.
Digər maraqlı məqam isə sabiq deputatların bundan sonrakı fəaliyyəti ilə bağlıdır. Ötən 5 il ərzində deputat kimi fəliyyət göstərən sabiq deputatları ,görəsən, bundan sonra hansı imicdə görmək mümkün olacaq?!
Qanunla deputatlara yasaq edilən sahələrdə çalışmaq istəyənlər varmı? Yəni, biznesini qurmaq istəyənlər, yeni nələrsə öyrənməyə cəhd edənlər növbəti iş mexanizmini müəyyənləşdirə bilibmi?
Modern.az saytı gələcək 5 ildə deputat olmayacaq hazırkı deputatların (artıq onlara eks-deputat deyə bilərik-red) yeni iş sahələrini öyrənə bilib.
Aydın Abbasov verdiyi sözü tutub. Məlumat üçün deyək ki, Aydın Abbasov Modern.az-a bundan əvvəlki açıqlamalarının birində Çin dilini öyrənəcəyini demişdi. Artıq o, Çin dilini öyrənməyə başlayıb.
“Axırıncı dəfə sizinlə danışandan dərhal sonra bu işə start verdim. Çinin iqtisadi modelini öyrənirəm. Araşdırmalar aparıram. Çin iqtisadiyyatı dünyada aparıcı fiqurlardan biridir. Eyni zamanda, yavaş-yavaş Çin dilini də öyrənməyə başlayacam. Əsas odur ki, bu yola çıxmışam. Ya çinlilər Azərbaycan dilini öyrənəcək, ya da mən Çin dilində danışacam”.
Elton Məmmədov isə elmi fəaliyyətini davam etdirəcək.
“Elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm. Elm sahəsi tədqiqatlarla zəngin olan sahədir. Ona görə də elmin hər dəqiqəsi yenilik deməkdir. Elmi-tədqiqat sahəsində aparılan iş elmə yenilik gətirir. Biz də bununla məşğuluq. Çünki layihələrin icrası zamanı aparılan tədqiqatlar əsas verir ki apardığımız və tərtib etdiyimiz elmi hesabatlarda bunların hamısı öz əksini tapır”.
Ceyhun Osmanlı da yeni planlarından danışaraq fəaliyyətə başladığını deyib.
\”Artıq məni təbrik edə bilərsiniz. Türkiyə və Azərbaycanın birgə istehsalı olan əsasən türk aktyor, aktrisa rejissorların iştirak etdiyi film üzərində işləyirdik. Nəhayət, film bitib. Artıq Türkiyənin bütün sinemalarına bu film təqdim olunub. Film bir qarabağlı gəncin taleyindən bəhs edir. Filmdə dünyaya müharibənin insanların həyatında necə rol oynadığı göstərilib. Filmdə Qarabağ ideyası əsas yer alıb.
Mən bu filmin prodüsserlərindən biriyəm. Əslində, mədəniyyətə, incəsənətə xüsusi marağım olub. Bu flmə xobbi kimi yanaşmışam.Bu günə qədər Qarabağla bağlı bir neçə kitabın həmmüəllifiyəm. Düşünürəm ki, ədii film təbliğat baxımından daha uğurludur.
Çünki filmi milyonlarla insanlar izləyir. Qarabağla bağlı ideyalarım daimi olacaq.
Həmçinin, bundan sonrakı daimi işim isə sahibkarlıq fəaliyyəti ilə bağlı olacaq. 21-ci əsrdir. Hər kəs fərdi olaraq peşə seçimində sərbəstdir. Hesab edirəm ki, biznes elə sahədir ki, insan sərbəst şəkildə kreativliyini, planlarını, düşüncələrini reallaşdıra bilər. Həm özünə, həm də ətrafına fayda verə bilər. Biznes qlobal anlayışdır.
Haradan maraqlı təklif olursa, orada bu gerçəkləşir. Amma, yaşama yeri olaraq hər zaman Azərbaycana üstünlük verirəm. Düzü, övladlarım da, biz də başqa yerdə yaşamağı sevmirik. Rəsmi olaraq Konstitusiya Məhkəməsi yeni tərkibini təsdiq edəndən sonra artıq rəsmi şəkildə sahibkarlıqla məşğul ola biləcəm. Amma indidən onun alt yapısını-informasiya bazasını hazırlamışam”.
İnterpress