İqtisadçı ekspert İlham Şaban manatın dollara nisbətən qiymətinin düşməsində neft sektorunu qınayıb.
İnterpress.az-a açıqlamasında iqtisadçı ekspert neft sektorunu manatı otaran çoban adlandırdı:
“Manatı əvvəllər aparıb otaran, üstündə göz olan ÇOBAN rolunda Neft sektoru çıxış edirdi…İndi neft yarıcan olub – pulu-zadı bitib, əlində olanı da bankda “yaman günə” saxlayıblar ki, birdən böhran daha pisi gələr. Manatı tapşırdılar qeyri-neft sektoru adlı birisinə…o da iki üç dəfə örüşə getməmiş yarı yoldaca sətəlcəm oldu və …sonrasından heç kimim xəbəri olmadı (Beynəlxalq Bank və İKT əməliyyatı) …sonrası bilinmir…”.
Abuzər
İnterpress