“Milli Təhlükəsizlik naziri dövlət içində bir dövlət yaratmışdı”backend

“Milli Təhlükəsizlik naziri dövlət içində bir dövlət yaratmışdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Moderator.az -a açıqlamasında YAP Siyasi Təhlil və Proqnozlaşdırma çəbəsinin müdiri, deputat Aydın Mirzəzadə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifəsinidən kənarlaşdırılmasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu baxımdan da Əli Abbasovun vəzifidən getmə zərurəti yarandı və ölkə başçısı haqlı olaraq onu tutduğu vəzifədən azad etdi: “Bu dəyişiklik nazirlikdəki nöqsanların aradan qaldırılmasına xidmət edirdi və hesab edirəm ki, onun dəyişməsi nazirliyini bundan sonrakı fəaliyyətində yeni səhifə açacaq.”

Millət vəkili bildirdi ki, dövlət başçısı bu hərəkəti ilə bir daha sübut etdi ki, o xalqın bütün problemlərinin həllinə həssaslıqla yanaşır və bu problemlərin həllində israrlıdır. “Bu baxımdan problemlərin həllində komanda üzvlərindən məsuliyyətli olmağı, onları işlərini səlahiyyətləri çərçivəsində yerinə yetirilməsini tələb edir. Çünki Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur. Və bu mərhələ də öz növbəsində dövlət qarşısında yenivəzifələr qoyur. Dövlət bütün gücünü bu vəzifələrin və qarşıya çıxan məsələlərin həllinə yönəldir. Bu məsələlərin həlli üçünsə yeni yanaşmalar və yeni kadrlar tələb edir”, -deyə YAP funksioneri əlavə etdi.

Mirzəzadə bildirdi ki, artıq bir qism kadrlar vəzifələrinin öhdəsindən gələ bilmir, bir qismi potensialına tükəndirib: “Bu baxımdan da yeni kadrlara ehtiyac yaranır. Dövlət başçısı da vaxtaşırı olaraq yeni, enerjili, işinə məsuliyyətlə yanaşan kadrların cəlb edir.”

İki nazirin vəzifəsindən kənarlaşdırlasına mövqeyini açıqlayan Mirzəzadə bildirdi ki, bu şəxslərin vəzifədən azad edilməsi onların öz vəzifələrinin öhdəsindən gələ bilməməsi ilə bağlıdır: “Milli Təhlükəsizlik naziri dövlət içində bir dövlət yaratmışdı. Qeyri qanuni hərəkətlər edirdi. Düzdür bunu bütün təhlükəsizlik orqanına aid etmək düz olmazdı. Amma orada çalışan bir qrup şəxsin vəzifəli şəxslərin. Sahibkarların əmlaklarının əıindən alınması, vətəndaşları qanunsuz dinlənilməsi əlbəttə ciddi qanun pozuntusu idi və bunun vaxtında qarşısı alındı.”

İnterpress