İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə hal çərçivəsində Fransa polisi, səhər saatlarında Paris, Liyon, Tuluza, Bobiqni, Roubaiks, Qrİnobel və Jumont başda olmaqla bir çox şəhərdə müəyyən olunan ünvanlara basqınlar təşkil etdi.
Daxili İşlər Nazirliyi, basqın sayının 168 olduğunu bildirərkən, 23 adamın nəzarətə alındığını, 104 nəfərin də ev dustaqlığına məhkum edildiyini bildirib.
Açıqlamada, əməliyyatda 31 silahın ələ keçirildiyi də bildirilib.
Terrorla mübarizə dəstələrinin Belçika sərhədindəki Lille və onun ətraf bölgələrində, şübhəli ünvanlarda axtarışları isə davam edir .
Valls: Məscidlər bağlansın
Fransa Baş Naziri Manuel Valls, radikal qrupların məscid və dərnəklərinin bağlanması lazım olduğunu söylədi.
\”RTL\” radiosuna müsahibə verən Valls, \”Respublika dəyərlərinə təcavüz edən radikal qrupların məscidləri və dərnəkləri bağlanılmalıdır. Respublika dəyərlərinə qarşı gələn xaricilər deportasiya edilməlidir\”. dedi.
Fransa Daxili İşlər Naziri Bernard Kazeneuv da, \”Nazirlər Kabinetində radikal qrupların məscidlərinin bağlanılması məsələsin müzakirə edəcəklərini\” qeyd edib.
Avropada ən çox Müsəlmanın yaşadığı Fransada 2 min 200-ə yaxın məscid var.
İnterpress