Dünya Canlı Bombanın Üzərinə Tullanan Qəhrəmanı Danışır: Adil Termusbackend

Dünya Canlı Bombanın Üzərinə Tullanan Qəhrəmanı Danışır: Adil Termus

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, dünya cümə gecəsindən bəri Parisdə terror aktlarını danışarkən, bir gün əvvəl Livanın paytaxtı Beyrutda təşkil edilən kamikadze hücumlarının gündəmin arxa planında qalması da müzakirə olunan başqa bir məsələ oldu. Parisdə baş verən faciədə bir çox insan hekayəsi gündəmin xəbər manşeti edilərkən, Beyrutdakı hekayələri eşidən olmadı. Yeganə istisna Adil Termusdur. Bu an bütün dünya Adil Termusun hekayəsini oxuyur.

İki kamikadze terrorçusu ötən cümə günü Beyrutun cənubunda, Hizbullahın qalalarından biri kimi tanınan \”Burc-əl-Barajney\” məhəlləsində 43 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən hücum təşkil etdi.

Livanda 1990-cu ildə daxili müharibənin başa çatmasından bu yana görülən ən qanlı hücum kimi tarixə düşən hadisədə, Adil Termus olmasaydı daha böyük can itkiləri baş verərdi. Kiçik qızı ilə birlikdə o əsnada oradan keçməkdə olan Termus, təcavüzkarlardan birinin üzərindəki partlayıcıları işə salmaq istədiyini anladı. Dərhal təcavüzkarın üstünə tullanan Termusun sayəsində bombalar vaxtından əvvəl partlayaraq şübhəsiz ki, yüzlərlə insanın həyatı xilas oldu.

Gənc Adil Termus partlayışın nəticəsində həyatını itirdi. Cənazəsi 13 Noyabr günü Tallussa kəndində torpağa verilib. Gələn ilk xəbərlərdə onun qızının da öldüyü iddia edildi. Ancaq daha sonra vəziyyətin belə olmadığı aydın oldu.
Termusun dəfnində tabutunu ailəsi və Hizbullah üzvləri qaldırdı.

Dünya Canlı Bombanın Üzərinə Tullanan Qəhrəmanı Danışır: Adil Termus

Interpress