İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Misir bomba partladılaraq qəzaya uğradıldığı iddia edilən və 224 nəfərin öldüyü Rus sərnişin təyyarəsinin şokunu hələ unutmamış, bir pis xəbər də alıb. Sina Yarımadasında 7 əcnəbi əsilli vətəndaşın cəsədləri tapılıb , 8 nəfərin isə ağır yaralı olduğu bildirildi.
Bombayla partladıldığı iddia edilən və 224 nəfərin həyatını itirdiyi Rus sərnişin təyyarəsindən sonra beynəlxalq ictimaiyyətdə Misirin təhlükəsizlik problemi müzakirəyə çıxarılmışdı. Qahirə, bu mübahisələrin davam etdiyi bir anda, yenə Sina Yarımadasından bir pis xəbər də alıb. Gecə yarısı Fələstinin Qəzza şəhəri sərhədinə yaxın bölgədə 15 əcnəbi əsilli vətəndaşın cəsədləri aşkarlanıb.
Əcnəbi əsilli 7 nəfərin öldürüldüyü, digər 8 vətəndaşın isə ağır yaralı olduğu bildirildi. Daxili işlər Nazirliyi, öldürülən əcnəbilərin şəxsiyyət vəsiqələrinin hələ dəqiqləşdirilmədiyini bildirərək, 15 nəfərə silah və bıçaqla hücum edildiyini bildirdi. Bölgədə İŞİD terror təşkilatının fəal olduğu vurğulanaraq araşdırmaların davam etdiyi bildirilib.
Digər tərəfdən, 30 oktyabırda partlayış səbəbi ilə qəzaya uğrayan Rus sərnişin təyyarəsinin yerə düşmə səbəbi hələ də aydın olmadı. Sentyabr ayında Misir Təhlükəsizlik Qüvvələrinin səhvən 12 Meksikalı turisti terrorçu zənn edərək öldürdüyü açıqlanmışdı.
Interpress