17 ton dolların ölkədən çıxarılması məsələsiylə bağlı – Açıqlamabackend

17 ton dolların ölkədən çıxarılması məsələsiylə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəmiçiliyin sabiq rəisi A.Bəşirov açıqlamasında deyib ki, o, yayılan bu cür məlumatlardan xəbərsizdir: “Mən bir aydan çox idi ki, ölkədə yox idim, yeni gəlmişəm”.

A.Bəşirov yayılan bu cür məlumatların inandırıcı olmadığını söyləyib: “Gəmiçiliyə rəhbərlik etdiyim dövrdə belə hadisələrə rast gəlməmişəm. Belə hallarla bağlı hər hansı məlumat eşitməmişəm. Gəmi ilə pul çıxararlar? Bu, inandırıcı deyil”.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi və hazırda istintaqı davam edən “MTN işi” ilə bağlı məsələyə də toxunan A.Bəşirov bunları deyib: “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”.

Interpress