İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, iddialara görə İsrailə qarşı təxribat apardığı və bu səbəblə də R.Salahın barəsində daha əvvəl cinayət işi açılmışdı.
\”1984 Fələstin İslami Hərəkatı\”, bu gün səhər fəaliyyətlərinin qadağan olunduğuna dair bir polis bildirişi təhvil aldığını açıqlayıb. Hərəkatın lideri Raid Salah və iki rəhbəri polisə ifadə verib. İslami Hərəkat, İsrail polisinin hərəkatla bağlı təşkilatlarda etdiyi axtarışlarda çoxsaylı proqram və sənədin də götürdüyünü açıqlayıb.
İsrail İslam Hərəkatını oktyabr ayının əvvəlindən bu günə qədər davam edən Fələstinlilərin müqavimət göstərməsinə görə ittiham edir. Baş nazir Benyamin Netanyahu, İslam Hərəkatını hədəf göstərərək , onu qadağan edəcəyini açıqlamışdı. İsrailə qarşı təxribat aparması iddiasıyla R. Salah barəsində daha əvvəl cinayət işi açılmışdı.
Hayfa şəhərində polisə ifadə vermək üçün gələn Şeyx Raid Salah, \”Məscidi Əqsanı müdafiə etməyimizi ləngitmək üçün belə bir qərar verə bilərlər \” dedi.
Raid Salah, verdiyi yazılı açıqlamada da İsrailin hərəkatla bağlı 17 təşkilatın fəaliyyətini qadağan edən qanunsuz qərarını tanımadığını vurğulayıb.
Salah, açıqlamasında bu ifadələri işlətdi:
\”İsrail orqanlarının bu qanunsuz əməlləri qətiyyən qəbul edilməzdir. İslami Hərəkatın yaranma səbəbi olan başda Qüds və Məscidi Əqsa olmaq üzrə heç birinin haqqından imtina etməyəcəyik. İçində yer almaqdan şərəf duyduğum bu hərəkatın mesajını bütün dünyaya çatdırmaq üçün qanuni üsullara əl atmağa davam etdirməkdə qərarlıyıq.\”
İsrail hökuməti, 15 oktyabrda, İslami Hərəkat lideri Şeyx Raid Salah və Xarici Əlaqələr üzrə Büro Rəhbəri Yusif Avavdeyə ölkə xaricinə çıxma qadağası qoymuşdu.
Interpress