Bu iki qurum Bakıda minlərlə ailəyə əziyyət verirbackend

Bu iki qurum Bakıda minlərlə ailəyə əziyyət verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının bəzi yerlərinə hələ də istilik sistemi verilməyib.
Qış mövsümü ilə əlaqədar istilik sistemlərinin işə salınmasına baxmayaraq, Bakı şəhərinin yaşayış, təşkilat, məktəb-təhsil binalarının əksər hissəsinə hələ də istilik verilməyib.

\”Azəristiliktəchizat\” ASC – nin şöbə müdiri Rafiq Əliyev Bakının bəzi yerlərinə istiliyin verilməməsini etiraf etsədə, bunun səbəbinin \”Azəristilklə\” bağlı olmadığını deyib:

\”Bizdən asılı bir şey yoxdur. Bizim qazanxanamız işləyir. Soyuq suyu dövriyyə edir. Sadəcə, bəzi ərazilərdə qazı bağlayıblar deyə ona görə su qızmır. Qaz verilən yerlərə isə istilik verilib. Problem \”Azəriqazdadır\”. Bununla bağlı dövlətə də müraciət etmişik. Azəriqaz gah borcumuz olduğunu deyir, gah başqa səbəblər göstərirlər. Əgər borcumuz varsa, onda, məhkəməyə verin, niyə, camaatın qazını kəsirsiniz?\”, – deyə Rafiq Əliyev bildirdi.

Bu iki qurum Bakıda minlərlə ailəyə əziyyət verir

Rafiq Əliyev – “Azəristiliktəchizat” ASC – nin şöbə müdiri

Öz növbəsində “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat rəhbəri İbrahim Kərbalayev isə onların qurumuna qarşı səsləndirilən iddialarla razı olmadığını vurğulayıb:

\”Respublika ərazisində təbii qazın verilişi ilə bağlı heç bir problem yoxdur. Əhali bu günki gündə təbii qazla tələbata uyğun təmin olunur. Havalar bundan artıq soyuq keçsə belə, yenə də təbii qazla lazım olunan qədər təmin olunacaqlar. O ki qaldı Azəristiliyin probleminə, onda, onlar bu barədə ya açıqlama versinlər, ya da bizə müraciət etsinlər\”, – deyə qurum rəsmisi qeyd elədi.

Bu iki qurum Bakıda minlərlə ailəyə əziyyət verir

Noyabr ayının əvəllərində isə \”Azəristiliktəchizat\” ASC – nin abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev havaların normadan artıq soyuq olması ilə əlaqədar istilik sistemlərinin vaxtından öncə işə salına biləcəyini deyib. O demişdirki, havaların kəskin soyuması davam etsə, yəni, 5 gün ard-arda temperatur 8 dərəcədən aşağı düşsə, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq qış mövsümünə daha da tez başlanıla bilər.

Qurum rəsmisi bir müddət əvvəl istilik sistemlərinin vaxtından əvvəl verilə biləcəyini desə də, bu gün bəlli oldu ki, istilik sisteminin tamamilə bərpa olunmamasında \”Azəristiliktəchizat\” ASC-i \”Azəriqaz\” İB-i, \”Azəriqaz\” İB-i isə əksinə \”Azəristiliktəchizat\” ASC-i günahlandırır. Kimin səhv, kimin düz olduğunu deyə bilmərik, amma iki qurum arasında anlaşılmamazlıq, sonda əhalinin soyuq havada isti yuvasında rahat yaşaya bilməməsinə səbəb olması göz qabağındadır.

Interpress