Məlumata görə, bu barədə sayta aksiya iştirakçıları məlumat veriblər. Ziya Bünyadov prospektində yerləşən \”Azərinşaatservis\” MMC-nin ofisinin önünə toplaşan 200-dən çox işçi maaşlarının verilməməməsi səbəbindən belə bir addım atdıqlarını bildirirlər. Aksiya iştirakçısı Şərafəddin adlı şəxs deyir ki, oktyabr ayının 29-da keçirdikləri aksiyadan sonra sifarişçi şirkət olaraq \”Azəryolservis\” ASC-nin əməkdaşı Eldar adlı şəxs onlarla görüşüb. Həmin adam işçilərə 10 gün ərzində maaşlarının veriləcəyini deyib:
\”10 gün gözlədik amma heç kim bizə pulumuzu vermədi. Hazırda şirkət 1100 nəfərə pul ödəməlidir. Aksiyada həmin 1100 nəfərdən cəmi 200 nəfər iştirak etməsinə səbəb isə digər işçilərin yol pulu tapıb etiraz keçirilən əraziyə gələ bilməməsidir. Eldar müəllim bu gün də əraziyə gəldi və bizə bildirdi ki, 10 gün daha səbr edək pullarımız veriləcək. Ancaq hələlik dağılışmaq fikrimiz yoxdur\”, -deyə aksiya iştirakçısı şərafəffin adlı şəxs bildirdi. ( aznews.az )
İnterpress.az