İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya – Hollandiya matçının başlamasına 1 saat 15 dəqiqə qalmış təxirə salınıb. Stadion səsucaldanından, matçın ləğv edildiyi və tamaşaçıların stadionu azad etməsi istənilib. Tribunalarda yer alan 8 min azarkeş stadionu sürətli bir şəkildə tərk edibi.
Almaniyanın Hannover şəhərində konsert verilən 14 min tamaşaçı yeri olan \”TUI Arena\”, bomba həyəcanı çərçivəsində alınan təhlükəsizlik qərarı əsasında tərk edilib.
Stadiona yaxın bir qatar stansiyası bomba şübhəsi ilə boşaldılıb. Aparılan axtarışlarda bombaya rast gəlinmədi. Bombalı hücum təhlükəsi səbəbindən qatar, tramvay və metro səfərlərinin dayandırıldığı açıqlanıb.
Almaniya Daxili İşlər Naziri De Maizier son vəziyyətlə bağlı bəyanat verdi. Maiziere \”Hücum çərçivəsində bu mərhələdə ətraflı məlumat verməyəcəyəm, \”Təhlükə sovuşdu\” deyə bilməyəcəyik. Nazir, \”Çox çətin qərardır, amma belə bir anda insanların təhlükəsizliyi prioritetlidir, ona görə də bu qərarı aldıq\”. Deyə danışdı.
Almanya Aşağı Əyalət Baş Naziri Pistorius isə stadiona edilən xəbərdarlıqla əlaqədar olaraq,\” Bu ana qədər hər hansı bir vasitə və ya sanitar maşında bomba tapılmadı, araşdırmalar davam edir\”. Deyə danışdı.
Interpress