Paris terroru məsuliyyətini üzərinə alan cihadçı ortaya çıxdıbackend

Paris terroru məsuliyyətini üzərinə alan cihadçı ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Fransanın paytaxtı Parisdə 129 nəfərin həyatını itirdiyi hücumların video çəkilişlərini edən İŞİD üzvü, 35 yaşlı Fransız cihadçı Fabien Klein olduğu açıqlanıb.
İstintaqa yaxın bir şəxsin \”AFP\”-yə verdiyi açıqlamaya görə, Fransanın cənubundakı Tuluza şəhərində cihadçı şəbəkələrdə olduğu bilinən Klein, 2012-ci ildə üç yəhudi uşağın da aralarında olduğu 7 nəfəri vuraraq öldürən Məhəmməd Meraha yaxın bir şəxsdir. 2009-cu ildə cihadçı təşkilatlar üçün üzv yığmaqda günahlandıran və 5 il həbsə məhkum edilən Kleinin, daha sonra Suriyaya qaçdığı bildirildi.
Parisdə 129 nəfərin həyatını itirdiyi hücumları təşkil edən İŞİD-in açıqlamasında, Fransanın Suriyada İŞİD-ə qarşı hava hücumlarından bəhs edilmişdi. Təşkilat, Fransaya, \”Səlib kampaniyasına davam etdiyi təqdirdə\” yeni hücumlar etməklə təhdid etmişdi. Parisdəki hücumları səkkiz nəfər həyata keçirtmişdi.Qaçaq vəziyyətdə olan terrorçu Saleh Abdüs Salam haqqında beynəlxalq həbs qərarı verilib.

Interpress