ABŞ-dan Suriyadakı müxaliflərə yeni yardımbackend

ABŞ-dan Suriyadakı müxaliflərə yeni yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin Sözçüsü Mark Toner, keçirdiyi mətbuat konfransında, Suriyalı Ərəb Koalisiyasına ötən həftə sonunda ikinci dəfə silah yardımı edilib-edilmədiyi soruşulub.

Toner, \”Doğrudur, ikinci silah yardımı həyata keçirilib\” – dedi.

Yardımın təfərrüatları barədə məlumat verməyən Toner, mövzu haqqında məlumat almaq istəyən jurnalistləri ABŞ Müdafiə Nazirliyinə istiqamətləndirdi.

Müdafiə Nazirliyindən bir səlahiyyətli isə müxbirinin sualı üzərinə, ikinci dəfə yardım edildiyini təsdiq etmədi, ancaq bir ay əvvəl eyni qrupa edilən yardımı xatırladaraq, \”Biz daha əvvəl də bu qruplara (İŞİD ilə mübarizədə) irəliləyiş olacağıi halında təkrar yardım edəcəyimizi demişdik, irəliləmə qeyd olunub\” deyə danışdı.

Daha əvvəl beynəlxalq mətbuatda çıxan xəbərlərdə, Suriya Ərəb Koalisiyası kimi tanınan qruplara edilən ikinci yardımın bu dəfə əvvəlkinin əksinə, qurudan keçirildiyi, hava yolu ilə Ərbilə gətirilən sursatın daha sonra qurudan bu qruplara çatdırıldığı qeyd edilmişdi.
Digər tərəfdən, ABŞ Dövlət Katibi Con Kerrinin bir televiziyaya verdiyi müsahibədə dediyi \”Suriyanın şimal sərhədinin 75 faizi bağlanmış vəziyyətdədir. Türklərlə qalan 98 kilometri bağlamaq üçün danışığa gedirik\” şəklindəki sözləri də ABŞ Dövlət Departamentinin gündəlik mətbuat konfransında gündəmə gəldi.

Nazirlik Sözçüsü Mark Toner, operativ detallar barədə məlumat vermədi, ancaq sərhəd təhlükəsizliyi məsələsinin Türkiyə üçün böyük narahatlıq mənbəyi olduğunu və İŞİD-in Türkiyənin sərhəd təhlükəsizliyini təhdid etidiyini bildirib.

Toner, \”Qalan son hissəsi necə təmizləyəcəyik mövzusunda müzakirə içindəyik\” dedi.

Bir müddət əvvəl dayandırıldığı açıqlanan \”təlim ver -bəzə\” proqramından sonra meydanda uğurlu olan qrupları dəstəkləmə qərarı aldıqlarını xatırladan Toner, \”İşə yaradığını düşündüyümüz formul budur. Sərmayə qoymağa davam edəcəyimiz formul də budur. Bütün bunlar haqqında Türkiyə ilə yaxından çalışacağıq və dialoqu davam etdirəcəyik\” ifadəsini istifadə etdi.

Interpress