Şimali İrlandiyada separatçı böhranı həll edilibbackend

Şimali İrlandiyada separatçı böhranı həll edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istnadən xəbər verir ki, görüşlərdə, siyasətçilərin tabe olması lazım olan bir sıra prinsip üzərində razılığa gəlinib. Buna görə siyasətçilər demokratik milli iradə xaricində hər hansı bir yerdən əmr almayacaq və çox millətli qurumların ləğvi istiqamətində səy göstərəcək. Böyük Britaniya, İrlandiya və Şimali İrlandiya rəhbərliyi tərəfindən namizəd göstəriləcək üzvlərdən ibarət beynəlxalq heyət, çox millətli qurumlara bağlı nəzarət edəcək.

Müqavilə, sosial yardımlar və iqtisadiiyyatla bağlı faktorları da ehtiva edir.

Böhrana həll yolu tapması üçün İngilis hökumətinin məsul etdiy Şimali İrlandiya Naziri Tereza Villiersin başçılığı altında danışıqlar təxminən 10 həftə davam etdi .

İngilitərə Baş Naziri Devid Kameron, müqaviləni Şimali İrlandiya üçün \”əhəmiyyətli bir dönüş nöqtəsi\” – deyə səciyyələndirərək, \”Müqavilə Şimali İrlandiya büdcəsi üçün davamlılığı təminata alır, çox millətli qruplarla bağlı necə bir iş aparılacağını ortaya qoyur və Şimali İrlandiya xalqlarının ortaq gələcəyi üçün bir əsas bilirikdir\”, dedi.

Şimali İrlandiya Baş Naziri Pıtr Robinson da müqavilənin sülhü möhkəmləndirəcək və ölkənin bütünlüyü naminə gələcək üçün ümid verə biləcəyini ifadə etdi.

Şimali İrlandiya Baş Nazirinin Müavini Martin Mak Quinnes də müqavilənin \”hər kəsin müdafiəsi lazım olan yeni bir başlanğıc üçün fürsət təşkil etdiyini\” deyib.

Bu il bölgədə işlənən cinayətlər, \”köhnə terror təşkilatı İrlandiya Respublikaçı Ordusu (İR) Şimali İrlandiyada mövcuddurmu\”? Sualını və hökumət böhranını özü ilə gətirmişdi. Silahlarını illər əvvəl yerə qoyan \”İR\”-in hələ də fəaliyyətini saxladığı iddiası, təşkilatın siyasi qanadı kimi tanınan \”Sinn Feyn Partiyası\” tərəfindən rədd edilmişdi.

Şimali İrlandiya Naziri Tereza Villiersin məsələ ilə bağlı hazırladığı və 20 Oktyabrda açıqlanan hesabatında, Şimali İrlandiyada zorakılığın baş verdiyi və \”Troubles\” kimi tanınan dövrdə aktiv olan İR ilə digər çox millətli qrupların liderlik quruluşlarına hazırda sahib olduğu və varlığını davam etdirdiyi, ancaq bu qrupların \”dövləti hədəf almadığı və ya dövlətə qarşı hər hansı bir terror hücumu niyyətinin olmadığı\”qənaətinə gəlinmişdir.

İnterpress