Müəllimi Paris kamikadzesindən  danışdı: Bir ildə dəyişdibackend

Müəllimi Paris kamikadzesindən danışdı: Bir ildə dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Stakkino, Hadfinin bir ildə tamamilə dəyişdiyini söylədi.
Sara Stakkino, Hadfinin Brüsselin mərkəzindəki bir liseydə yaxşı tələbə olduğunu bildirib.
Stakkino, \”Maraqlı, sosial və gözəl bir tələbə idi. Amma bir ilin içində qəfil dəyişdi\” dedi.

Müəlliminə görə, Bilal Hadfi qısa müddətdə siyasətə daha çox maraq göstərməyə başladı. \”Haramdır\” – deyə musiqi dinləməyi buraxdı. Sinifdə, Nigeriyada hücumlar təşkil edən və İŞİD-ə beyət etdiyini açıqlayan Boko Haram təşkilatının uğurlarını tərifləməyə başladı.
Stackkino, Bilal Hadfinin yanvar ayında yenə Parisdə satirik jurnalı Çarli Hebdoya qarşı təcavüz sonrası sinifdə, dinini təhqir etdiyi üçün jurnalın bu hücumu haqq etdiyini söylədiyini bildirdi.
Müəllim, Hadfinin məktəbinin isə bütün bu proseslərə müdaxilə etmək əvəzinə, \”Gözlə, gör\” siyasətini üstünlük verdiyini deyib.
Çarli Hebdo hücumu sonrasında bir həftə məktəbə gəlməyən Hadfinin, qısa bir müddət sonra Suriyaya getdiyi məlum oldu.
Ölkəsinin radiosuna müsahibə verən Belçikalı müəllim, \”Hazırda hiss etdiyim şey şəxsi uğursuzluqdur\” – dedi.

Sistemin də uğursuz olduğuna diqqət çəkən Stakkinoya görə, \”Tələbəni damğalayarıq\” qorxusuyla Bilal Hadfiyə çox diqqətli davranıb. Ancaq Hadfi sürətlə radikallaşdi. \”Məktəbi qırmaqla\” başlayan proses də bir neçə ay ərzində Suriya səfəri ilə nəticələndi.
Bilal Hadfinin, \”State de Franceın\” qarşısında üzərindəki bombanı partladaraqölən və nəticədə ətrafdakı insanları da öldürən gənc olduğu bildirilmişdi.

İnterpress