İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Paris qətliamında şübhəlilərin axtarış işləri sürətiylə davam edərkən, Fransa polisi, şəhərin şimalındakı Sent Denis qəsəbəsinə \”Şəfəq əməliyyatı\” keçirib. Mühasirə alınan alınan mənzildə canlı bomba bir qadının özünü partlatdığı və 3 terrorçunun öldüyü bildirilir. Polis, 3 nəfəri də həbs etdi.
Xüsusi qüvvələr polisinin hədəfində, hücumların beyni olduğu güman edilən Abdelhamid Abbaoud var.
Bölgədən silah və partlayış səsləri gələndə, Fransız televiziyası \”BFMTV\”, qarşıdurmada yaralanan polis işçilərinin olduğunu bildirdi.
Fransız xəbər agentliyi \”AFP\”, şübhəlilərin bir mənzilə sığındığını bildirib. Bölgəyə polis və yanğınsöndürmə vasitələri sövq edildi, vertolyotla havadan nəzarət təmin olunur.
\”BBC\”-nin hadisə yerindəki \”Radio Monte Karlo\” müxbirlərinə istinadən verdiyi xəbərə görə; Əməliyyatın hədəfində, Paris hücumlarının beyni olduğu düşünülən Abdelhamid Abaaoud var.
İnterpress