Bu sözləri “Qafqazinfo” ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə Bakıda istiliyin olmaması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. O qeyd edib ki, təmsil etdiyi qurumun “Azəriqaz”a borcu var: “Bu borc illərlə, yəni “Bakıistiliktəchizat” ın dövründən bəri yığılıb qalmış borclardır. İndi “Azəriqaz” bu borcların hamısını bizdən ödəməyi tələb edir. Bizim bu qədər borcu ödəməyə imkanımız yoxdur. Çünki “Azəristiliktəchizat” zərərlə işləyən qurumdur. Cari borcları isə imkanımız olanda ödəyirik. Tarif hətta bu gün iki dəfə artsa da, biz köhnə borcları ödəmək imkanımız yoxdur.
“Azəriqaz “ istəyirsə, bu məsələni məhkəmə səviyyəsində həll etsin. Biz ikimiz də dövlət müəssisəsiyik. Bizim borcumuz var deyə, camaat bundan əziyyət çəkməlidir? İnsanları soyuqda qoymaq vəziyyətdən çıxış yolu deyil. Noyabrın 15-nə kimi bu məsələ yoluna qoyulmalı idi. Ayın 15-dən sonra gəlib qazı kəsirlər ki, borcu ödəməlisiniz. Hazırda hökumətlə, “Azəriqaz” la məsələnin həll olunması istiqamətində danışıqlar gedir”.
İnterpress