ABŞ-dan Səudiyyə Ərəbistanına 1,3 milyardlıq silah satışıbackend

ABŞ-dan Səudiyyə Ərəbistanına 1,3 milyardlıq silah satışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Xarici İşlər Nazirliyinin, Səudiyyə Ərəbistanına aralarında \”ağıllı bomba\” kimi adlandıran sursatın da olduğu 19 min bombadan ibarət 1,29 milyard dəyərində silah satışını təsdiq etdiyi bildirildi. Vaşinqtonun xaricə silah satışını tənzimləyən, Müdafiə Nazirliyi tabeçiliyində olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən edilən yazılı açıqlamada, Xarici İşlər Nazirliyinin satışa verdiyi razılıq haqqında Konqresin dünən məlumatlandırıldığı qeyd olunub. Konqresin, satışı 30 gün ərzində ləğv edə bilmə səlahiyyəti var. Satışın, Səudiyyə Ərəbistanının Kral Hərbi Hava Qüvvələrinin \”apardığı müxtəlif əməliyyatlar nəticəsində azalan ehtiyatlarını tamamlayacağını və gələcək əməliyyatlar üçün baza hissəsini təmin edəcəyi\” bildirilən açıqlamada bu ifadələrə yer verildi: Bu müqavilə ABŞ və Səudiyyə Ərəbistan arasında qarşılıqlı hərbi əlaqələrin davam etdirilməsinə töhfə verəcək və Səudiyyə Ərəbistanı qüvvələrinin ABŞ ilə işini gücləndirəcək. Eyni şəkildə, Səudiyyə Ərəbistanına regional təhdidlərlə səmərəli mübarizə və dünyanın ən böyük neft ehtiyatlarını qorumaq imkanı verəcək\”. Neft zəngini olan Səudiyyə Ərəbistan rəhbərliyi, Suriyadakı İŞİD hədəfləri ilə yanaşı cənubundakı İran dəstəkli Husi milislərə qarşı mart ayından bu yana gərgin hava əməliyyatları aparır. Satışda, \”ağıllı bomba\” deyə adlandıran 5 min 200 Pavevay II-nin lazer ilə bağlı GBU-10 və GBU-12 növlərinin yanaşı, min 100 ədəd lazer ilə bağlı bombaların daha müasiri və daha uzun mənzili Pavevay III GBU-24 modelinin də yer aldığı ifadə edildi. Bununla bərabər, min 500 ədəd 900 kq-lıq sığınacaq dəlici bomba, 19 min bombadan ibarət satış siyahısında qeyd edilib. Digər tərəfdən, Ər-Riyadın 5 minə yaxın nəzarətsiz bombaları GPS dəstəkli sistemlərlə hər cür hava şəraitində istifadə edilən \”ağıllı bombalara\” çevrilmədə istifadə edilən avadanlıqla təmin olunacağı qeyd edilib. Hesabdakı 1,10 milyard dolların \”əsas hərbi təhcizata\” ayrıldığı, partlatma mexanizmləri, təlim, texniki dəstək, qayğı, təchizatın hava yolu ilə gəmilərə yük vurulması kimi birbaşa hərbi təchizatı olmayan qələmlərlə satışın ümumi dəyərinin təxminən 1,29 milyard dollar olaraq hesablandığı bildirilib. ABŞ-ın bir nömrəli müdafiə sənayesi müştərisi Səudiyyə Ərəbistanı, sentyabr ayında 5,4 milyard dollar dəyərində Lokid Martin tərəfindən istehsal edilən 600 Patriot-PAC3 hava müdafiə raketi müqaviləsini imzalamışdı. ABŞ hakimiyyəti keçən ay Səudiyyə Ərəbistanına Lokhid Martin tərəfindən istehsal edilən 11,25 milyard dollar dəyərindəki dörd Littoral Döyüş Gəmisi satışını qəbul etmişdi.

İnterpress