Həmin şəxslərin dəqiq adlarını və bir zamanlar tutduqları vəzifələri təqdim edir:
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov
“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov
MMC-nin baş mühasibi Oktay Rüstəmov
“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev
“AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov
“Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov
“Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov
“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev
“3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov
Birliyin baş mühasibi Anar Mustafayev
Baş Prokurorluqdan verilən məlumata görə, hətta RYTN-də 95 milyon manat vəsait mənimsənilib və nazirliyin struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.(Trend)
İnterpress