İnterpress.az ərəb mətbuatına istinad edərək xəbər verir ki, Hizbullah Briqadaları, Tuzurmatu şəhərini tərk etməsi üçün 48 saat müddət verdiyi KDP-yə bağlı Peşmərgə qüvvələri üçün \”Bərzaninin milisləri\” ifadəsini istifadə etdi.
Hizbullah Briqadaları Hərbi Sözçüsü Cəfər əl-Huseyni, Tuzurmatu şəhərinə iki xüsusi təyinatlı birlik göndərdiklərini qeyd edərək buradakı Peşmərgə qüvvələrinin şəhəri tərk etməməsi halında baş verən böhrana müdaxilə edəcəklərini deyib.
Hizbullah Briqadaları Sözçüsü Cəfər əl-Huseyni, \”Türkmənlərə hücum edən Bərzani milisləri, verilən müddətdə Tuzurmatudan çəkilməsə, başlarını dəmir yumruqla əzərik\” dedi.
Səhər saatlarında də Səlahəddin vilayəti Valisi Məhəmməd Koca, \”Sumeriyə News\”-ə verdiyi müsahibəsində Tuzurmatuda baş verən və çox sayda insanın ölümü ilə nəticələnən hadisələrin qarşısının alınması və şəhərdə qanunların həyata keçirilməsi üçün Tuzurmatuya Könüllü Xalq Qüvvələri ilə KYB-yə bağlı peşmərgələrin göndərildiyini açıqlamışdı.
İnterpress