Hadisə gecə saat 02: 00 radələrində rayonun Mollakənd kəndində, İbrahim Qasımova məxsus fərdi yaşayış evində qeydə alınıb. Ümumi ərazisi 145 kvadratmetr olan 6 otaqlı evin aynabənd hissəsindən baş verən yanğın qısa müddətə evin bütün otaqlarını bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 maşını və canlı qüvvəsi cəlb olunub. Ev əşyaları ilə birgə tamamilə yanıb.
Hadisə vaxtı ev sahibi, oğlu Xətai, qızı Təranə və həyat yoldaşı Zərifə Qasımova yüngül yanıq xəsarətləri alıb. Onlar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə ambulator müalicəyə buraxılıblar. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.
İnterpress