Azərbaycan erməni hərbçini qaytararkən qarşı tərəf videoçəkiliş aparmaq istəyibbackend

Azərbaycan erməni hərbçini qaytararkən qarşı tərəf videoçəkiliş aparmaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxlərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.

İnterpress