İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, ABŞ Dövlət Katibi Con Kerri qəfil əməliyyat açıqlaması verib. Kerri, Suriyanın şimal sərhədindəki 98 kilometrlik ərazinin təhlükəsizliyi üçün Türkiyə ilə birgə əməliyyata başlanacağını açıqlayıb
O,\”CNN İnternational\”-da məşhur Amerikalı jurnalist Kristina Amanpourun suallarını cavablandırıb. Kerridən gələn açıqlama gözlənilən Suriya əməliyyatının çox yaxında olduğu bildirilir.
C.Kerri :\”Suriyanin şimalında sərhədin 75 faizi bağlıdır. İndi biz, sərhədin qalan 98 kilometrlik hissəsini bağlamaq üçün türklərlə birlikdə əməliyyata başlayırıq\”.
İnterpress