Akif Çovdarovun həbs edilən ”cəlladı”backend

Akif Çovdarovun həbs edilən ”cəlladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinin həbs olunan keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov haqda xəbər vermişdik. Onların qorxu içərisində olmaqları, qızıl və pulları gizlətməklə məşğul olduqlarını da qeyd etmişdik.
Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin işçisi Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir.

S.Məmmədov və V.Muxtarov Akif Çovdarov işdən çıxarılan andan başlayaraq narahat olmağa başlayıblar, evlərindəki qızıl, pul və qiymətli əşyaları çıxarıblar. Hətta qızıl-briliyantlarını etibarlı hesab etdikləri qohumlarının evinə yerləşdirmək istəyiblər. Bundan başqa Akif Çovdarovun yaxın qohumunun Vuqar Muxtarovun qayınları ilə şərikli biznesləri var.

Akif Çovdarovun tabeliyində çalışan V.Muxtarovun isə aksiz (markası ) biznesi mövcuddur. V.Muxtarovun qayınları respublikaya qeyri-qanunu yolla gətirdikləri aksiz markasını onun ”krışalğı” ilə satırlar. V.Muxtarovun qaynı (hələlik adı gizli saxlanılır) illər öncə Daxili İşlər Nazirliyindən ölkədə sesnsasiya yaratmış insan alveri cinayətinə görə işdən azad olunub. V.Muxtarovun qaynının həbs olunması və Bakıxanov qəsəbəsindəki evində axtarış aparıldığı da deyilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Səlim Məmmədovu saxlayıb.

Ötən gün yayılmış məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb. Çovdarovun ikinci cəlladına – polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür. (azadliq.info)

İnterpress