“Azəri-Türk Qadınlar Birliyi”nin sədri, ATV başqanı Tənzilə Rüstəmxanlı Parisdə baş verən olaylara münasibət bildirib.
İnterpress.az-ın verdiyi xəbərə görə, o, facebook social şəbəkəsindəki səhifəsində bu barədə yazıb:
“Ermənilərin ən güclü olduğu ölkələrdən biri Fransadır. Erməni soyqırımını tanıyan və ermənilərin Qarabağı işğal etməsinə haqq qazandıran və dəstəkləyən də Fransadır. Uzun illər ASALA terror təşkilatına ev sahibliyi edən də Fransadır. ATƏT-in Qarabağ üzrə Minsk qrupunun həmsədrlərindən biri də Fransadır ki, hər zaman terorçu dövlət olan Ermənistanın yanında olub və tərəfsiz olacağı yerdə, ədalətə fransız qalıb. Bizimkilərin bu Fransa sevgisinə heyran olmamaq əldə deyil, terroru qınayın, insanlıq adına, barışı dəstəkləyək ki,günahsız insanlar zamansız ölməsin, müslüman öləndə və öldürüləndə xiristianlar sevinməsin gərək. Çünki etmə bulma dünyasıdır, bir gün çanaq tutduğun olaylar gəlir səni də tapar. Amma kraldan çox kralçı, fransızdan çox fransız olmayın”.
Daha sonra T.Rüstəmxanlı vaxtilə Parisdə keçirdikləri Xocalı faciəsi ilə bağlı mitinq zamanı yaşananları xatırladıb:
“Xocalı soyqırımı ilə bağlı Parisdəki yürüş mitinqimizdə bir fransız tapa bilmədik ki, Azərbaycan bayrağına bürünsün, yaxud ayaq saxlayıb maraqlansın ki, bu insanların göyə qaldırdıqları şəkillərdəki o körpə uşaqları kim öldürüb?
Rüzgar əkən fırtına biçər. PKK terrorçularınu illər uzunu bəsləyən də, nə qədər türk və müsəlman düşməni varsa, ona yuva quran da Fransadır. Keçmiş olsun, terroçunun milləti və dini olmaz”.
P.S
Qeyd edək ki, Fransa Parlamentinin aşağı palatasının, 2011-ci ilin dekabrın 22-də erməni soyqırımının inkar edilməsinin cinayət hesab edilməsiylə bağlı qanun layihəsi qəbul etdi. Qanunda göstərilirdi ki, “erməni soyqrımı”nı inkar edən, “erməni soyqırımı olmayıb” deyənə, hətta, ölən ermənilərin sayını dəfələrlə az söyləyənə 45 min avro cərimə, bir il də həbs veriləcək.
İnterpress