Bu barədə Ermənistanın hakim Respublika Partiyası İcraiyyə Komitəsinin iclasından sonra partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.
“Prezidentlərin görüşü yaxın həftələrdə olacaq. Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünü mümkün sayıram. Görüş hansı gündə və harada keçiriləcək, bu haqda Prezident Aparatı müvafiq qaydada xəbər verəcək” – deyib Şarmazanov.
Xatırladaq ki, oktyabrın 26-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bölgəyə səfər zamanı vasitəçilərin ilin sonunadək prezidentlərin görüşünü təşkil eləmək niyyətində olduqlarını söyləmişdi. ( musavat.com )
İnterpress.az