İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisi hədəf alan terror hücumlarından sonra ölkədə müsəlmanlara qarşı hücumlar artır. Son olaraq Fransanın cənubundakı Marsel şəhərində hicablı bir qadın metro çıxışında təcavüzə məruz qaldı.
Fransız xəbər agentliyi \”AFP\”-də yer alan xəbərdə, bir gəncin hicablı bir qadına \”terrorist\” dediyi qeyd edilib. Marsel polisi, təcavüzkarın daha sonra qadına kəsici alətlə hücum etdiyini bildirib. Sinəsindən yaralanan qadının təcavüzkarın yumruqlarına məruz qaldığı da iddia edilib.
Hücumdan sonra polisə xəbər verən hicablı qadın, daha sonra isə xəstəxanaya çatdırılıb. Polis, təcavüzkarın kimliyini müəyyən etmək üçün əməliyyata başlayıb. Bu arada Marselin daxil olduğu \”Aiksen-Provence\” Bölgə İcra Hakimiyyəti, cümə günü baş verən terror aktlarından sonra bir çox islamofob(anti-İslam) hücumların şəhərdə zahir olduğuna diqqət çəkib.
Ötən həftə Parisdə baş verən terrorda 129 nəfər həyatını itirmiş, 350 nəfər də yaralanmışdı.
İnterpress.az