İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, Suriya Dövlət Başçısı Bəşər Əsəd, Fransız jurnalında Putini təriflədi. Əsəd, Putinin \”Xristiyan mədəniyyətinin güvənəcəyi yeganə müdafiəçisi\” olduğunu dedi.
Fransız \”Valeurs Actuelles\” jurnalına müsahibə verən Əsəd, \”Dünyanın hazırkı vəziyyətinə baxanda Vladimir Putinin, bir adamın güvənə biləcəyi xristiyan mədəniyyətinin yeganə müdafiəçisi olduğunu anlayıram\”. Dedi.
Daha sonra o,Vladimir Putinin terror və İslam ekstremizminə qarşı əhəmiyyətli bir rol oynadığını söylədi.
Dərgiyə müsahibəsində öz gələcəyi haqqında da mesajlar verən Əsəd, Suriya xalqı və Suriya Parlementinin istəməsi halında da prezidentlikdən çəkilməsini dilə gətirdi. Vəzifədən istefa verməsinə dair bir məsələnin isə beynəlxalq səviyyədə hələ dilə gətirməməsini vurğulayıb. Əsəd, \”Mənim vəzifədən ayrılma ehtimalı beynəlxalq konfranslarda müzakirə olunmamalıdır. Getməyim və ya qalmağım təkcə Suriya xalqının iradəsinə və parlamentin qərarlarına bağlıdır. Suriyanı məhv etmək istəyənlər, regiondakı son dünyəvi ölkəni yox etmək istəyirlər. Dünyəvilik, Suriya dövlətinin ayrılmaz hissəsidir. Və bu bütün Yaxın Şərq üçün böyük əhəmiyyət daşıyır\”. Deyə danışdı.
Fransanın Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiyi müddətdə terrorizmə qarşı mübarizə apara bilməyəcəyi fikrini müdafiə edən Əsəd, \”Əvvəl siyasətiniz tək bir meyara əsaslanacaq və terrorçuluğu dəstəkləməyən, ona qarşı mübarizə aparan ölkələri birləşdirən ittifaqın bir parçası olacaq şəkildə dəyişdirəcəksiniz\”. Dedi.
Interpress