Suriyada 15 günlük atəşkəsbackend

Suriyada 15 günlük atəşkəs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Suriyada, müxaliflərlə hökumət qüvvələri Şərq Qutada 15 günlük atəşkəs razılığına gəldilər. Suriya İnsan Haqları Müşahidə Təşkilatı da, 15 günlük atəşkəs qərarının bir \”sınaq prossesi\” olduğunu bildirib.
Təşkilatdan bildiriblər ki, müxaliflərlə hökumət qüvvələri Şərq Qutada 15 günlük atəşkəs qərarı ilə razılıq əldə ediblər.

Yenə bu təşkilatın açıqlamasına görə, atəşkəs cümə günü səhər saatlarında tətbiq olunmağa başlayacaq və 15 günlük atəşkəs qərarının bir \”sınaq prosesi\” də olduğunu bildiriblər.Daha sonra qeyd edilib ki, razılaşma əldə olunarsa atəşkəsin müddətinin uzadılacağı ehtimal edilir.

Qeyd edək ki, ötən həftə Avstriyanın paytaxtı Viyanada keçirilən üçüncü Suriya danışıqlarından nəticə əldə edilmişdi. Danışıqlardan sonra bəyanat verən ABŞ Dövlət Katibi Con Kerri, 6 ay içərisində müvəqqəti hökumət yaradılacağı və 18 ay içərisində seçki keçirilməsinə qərar verildiyini söyləmişdi. Suriya Prezidenti Bəşər Əsədin gələcəyi məsələsində isə razılığa gəlinməmişdi.

Interpress